Gürcüstan Mixail Saakaşvili dövründəki cinayətləri araşdıracaq

DÜNYA 05 fevral 2025, 18:28
Gürcüstan parlamenti keçmiş prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətlərin araşdırılması üçün komissiyanın yaradılmasına səs verib.

Demokrat.az
xəbər verir ki, qanunverici orqanın iclası internet saytında canlı yayımlanıb.  Komissiyanın yaradılmasının lehinə 83 deputat, əleyhinə isə heç kim səs verməyib.

Yanvarın əvvəlində parlament çoxluğunun lideri Mamuka Mdinaradze deyib ki, komissiya 2003-2012-ci illər arasında hökumət tərəfindən törədilən sistemli cinayətləri araşdıracaq.

Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanı idarə edib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 fevral 2025, 19:07
Top