Almaniya Rusiyanı ölkə daxilində genişmiqyaslı təxribatda ittiham edir

DÜNYA 05 fevral 2025, 18:39
Der Spiegel jurnalı iddia edir ki, Rusiya Almaniyanın hər yerində bir sıra təxribat aktlarının arxasında dayanır.

Demokrat.az xəbər verir ki,məqalədə bildirilir ki, 2024-cü il dekabrın sonunda ölkədə bir sıra təxribat aktları baş verib. Təxribatçılar avtomobillərə  Almaniyanın Yaşıllar Partiyasından olan vitse-prezidenti Robert Habekin fotoşəkillərini yapışdırıblar.

Jurnal iddia edir ki, radikal iqlim fəallarının işi kimi görünən şey əslində Rusiya agentlərinin işi olub.

Berlin, Brandenburq, Bavariya və Baden-Vürtemberqdə 270-dən çox avtomobilə zərər dəyib.

Jurnal qeyd edib ki, pul müqabilində onlar Avropada gizli fəaliyyətlər həyata keçirirlər.



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 fevral 2025, 19:07
Top