ABŞ-dan sonra daha bir ölkə ÜST-dən ÇIXDI

DÜNYA 05 fevral 2025, 19:46
Argentina prezidenti Xavyer Miley ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə göstəriş verib.

Demokrat.az  xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Manuel Adorni məlumat yayıb.

Onun sözlərinə görə, qərar keçmiş prezident Alberto Fernandezin administrasiyası zamanı ortaya çıxan səhiyyə idarəçiliyindəki qanunsuzluqlara əsaslanır.

Bildirilib ki, X. Miley ABŞ-dən nümunə götürərək bu addımı atıb.

Qeyd edək ki, prezident Donald Tramp andiçmə mərasimindən sonra ilk rəsmi aktlarından birində ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarılması haqqında sərəncam imzalayıb. Tramp buna səbəb kimi təşkilatın 2020-ci ildə Çinin Uhan şəhərində yaranan COVID-19 pandemiyası və digər qlobal sağlamlıq böhranları zamanı zəif fəaliyyətini göstərib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 fevral 2025, 22:51
Top