“Özəl televiziyalar arvad davası və həkim reklamı ilə dolanırlar” — Aqil Abbas

GÜNDƏM 03 fevral 2025, 13:35
“İndi bütün televiziyalarda bir arvad boğuşmasıdır, bir də həkimlərin, dərmanların reklamı. Buna bir əncam çəkmək lazımdır”.

Demokrat.az Bizim.Media-ya istinadən xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, hakimlərin reklamının qadağası bəzi televiziya kanallarının ziyanına işləyəcək:

"Bu dərəcədə həkim reklamı düz deyil. İstərdim ki, yaz sessiyasının planında “Reklam haqqında” qanuna dəyişiklik olunsun. Özəl televiziyalara bu ziyan vuracaq. Özəl televiziyalar arvad davası və həkim, dərman reklamından dolanırlar".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top