Amerikalı reper Kanye Uest ilə həyat yoldaşı Byanka Senzori “Qremmi” mükafatlandırma gecəsindən qovulub.
Demokrat.az “New York Post”a istinadən xəbər verir ki, buna səbəb cütlüyün “Qremmi”yə dəvət olunmaması, üstəlik Byankanın gecəyə çılpaq şəkildə qatılması olub.
Senzori qara xəz paltosu ilə qırmızı xalça üzərinə keçib, daha sonra üst geyimini çıxararaq kamera qarşısında pozlar verib.
Bildirilir ki, ikili qırmızı xalçadan keçdikdən sonra polis tərəfindən müşayiət olunub. Senzori tədbiri üzərində xəz paltosu ilə tərk etməli olub.
Onun “libası” KİV və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddialara görə, məqsəd gündəmə gəlmək olub.