Rusiyadakı azərbaycanlıların diqqətinə — 30 aprelə qədər…

DÜNYA 02 fevral 2025, 15:39
“Rusiyada qeyri-qanuni 670 min miqrant var. Onların yarıdan çoxu qadınlar və uşaqlardır”.

Demokrat.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya daxili işlər nazirinin müavini Aleksandr Qorovoy deyib.

“Bu insanların 30 aprelə qədər vaxtları var ki, hüquqi statuslarını müəyyən etsinlər. Bu tarixdən sonra bizim sistemlər avtomatik olaraq qanunu pozanları nəzarət edilənlərin reyestrinə daxil edəcək. Əgər heç nə olmasa, onlar ölkədən getmək məcburiyyətindədirlər”, – A.Qorovoy bildirib.

Qeyd edək ki, Moskva son aylarda miqrantlarla bağlı qaydaları sərtləşdirib. Xüsusilə ölkədən Orta Asiya ölkələrindən gəlmiş miqrantlar çıxarılmağa başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 fevral 2025, 17:44
Top