ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi

GÜNDƏM 01 fevral 2025, 21:30
Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədov vəzifəsindən azad edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, sədr müavini 31 yanvar 2025-cü ildə müvafiq sərəncamla vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Bəhruz Məmmədov 2023-cü il 28 yanvarda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

O, müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 fevral 2025, 00:29
01 fevral 2025, 20:12
Top