"Ukraynada münaqişəyə tezliklə son qoyulması bütün beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ-nin maraqlarına cavab verir"
Bu sözləri ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin nizamlanması üzrə xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" telekanalına müsahibəsində deyib.
"Əgər biz bu müharibəni dayandıra bilsək, bu, ABŞ də daxil olmaqla, bütün dünyanın xeyrinə olacaq. Atəşkəsə və daimi sülhə illər deyil, aylar ərzində nail olmaq olar", - deyə Kelloq bildirib.
O qeyd edib ki, bu məqsədə çatmaq üçün Tramp həm Kiyev, həm də Moskva üçün təsir rıçaqları yaradacaq, çünki haraya və necə təzyiq göstərəcəyini bilir.
Kelloqun sözlərinə görə, Donald Tramp razılaşmalara məharətlə nail olur və Ukrayna məsələsində də irəliləyiş əldə edə bilər.
Xüsusi nümayəndə əlavə edib ki, Ukrayna münaqişəsinin həllində irəliləyiş əldə etmək üçün Rusiyaya qarşı mümkün əlavə sanksiyalarla bağlı qərarın verilib-verilməməsi Trampdan asılıdır.(oxu.az)