ABŞ Ukraynada 2025-ci ilin sonuna qədər prezident və parlament seçkilərinin keçirilməsini zəruri hesab edir.
"Report" "Reuters" ə istinadən xəbər verir ki, bunu ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
"Kiyev yaxın aylarda Moskva ilə atəşkəs haqqında danışıqlar apara bilsə, ilin sonuna qədər seçkilər baş tuta bilər", - Kelloq bildirib.
Qeyd edək ki, Volodimir Zelenskinin dövlət başçısı kimi səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb. Həmin vaxt Ukraynada prezident seçkiləri hərbi vəziyyət və ümumi səfərbərliyə əsaslanaraq ləğv edilib.