Məntəqədə icazəsiz çəkiliş aparmaq qanunsuzluqdur — MSK sədri

SİYASƏT 01 fevral 2025, 17:36
Məntəqə daxilində vətəndaşın razılığı olmadan çəkiliş aparıla bilməz.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

O, partiyaların buna etiraz edəcəyini istisna etməyib:

“Bu proses bizi tamamilə qadağaya getməyə məcbur edə bilər. Vətəndaşla söhbət etmək, onun fikrini almaq olar. Amma onun işinə, prosesə mane olmaq, icazəsiz çəkiliş aparmaq doğru deyil”. (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 fevral 2025, 20:12
Top