"Ağcabədidə mülki yaşayış evində baş verən partlayışda ailənin 5 üzvü faciəvi şəkildə həlak olub, daha 3 nəfər ağır yaralanıb. İlkin araşdırmalar göstərir ki, partlayış zibillikdən tapılan və uşaq tərəfindən evə gətirilən əl qumbarası nəticəsində baş verib. Bu, Azərbaycanda mina və partlamamış hərbi sursatların yaratdığı ölümcül təhlükənin daha bir faciəli sübutudur".
Demokrat.az bildirir ki, bunu "EDnyus"-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti Oğuz Mirzəyev bildirib.
Keçmiş konflikt zonalarında mina və partlamamış sursatların törətdiyi humanitar fəlakəti vurğulayan O.Mirzəyev əlavə edib :
"Ermənilər tərəfindən işğaldan azad edilmiş ərazilərimizə qəsdən yerləşdirdiyi minalar və partlamamış hərbi sursatlar dinc əhalinin, xüsusilə də uşaqların həyatını təhlükə altına almaqda davam edir. Bu, təkcə hərbi məsələ deyil, həm də humanitar terrorun bir formasıdır!
Beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri bu məsələyə göz yummasınlar! Hər ay Azərbaycanda günahsız insanlar mina və partlamamış hərbi sursatlar nəticəsində ya həyatını itirir, ya da ağır xəsarətlər alır".