Ekspert: "Otellərdə yanğın təhlükəsizlik rejimi yaradılmalıdır"

GÜNDƏM 31 yanvar 2025, 18:02
"Bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyi haqqında təlimatlara mütləq ciddi riayət etməlidir. Obyektin spesikasından asılı olaraq, ilkin yanğınsöndürmə vasitələri, odsöndürən balonlar, yanğın spreyləri, ehtiyat su çəni, siqnalizasiyalar, xəbərverici vasitələr, təxliyə keçidləri, təhlükəsiz toplanış yerləri, yanğın dolabları və s".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhlükəsizlik esperti Elmar Nureliyev deyib.

"Hər biri qurulmalı, işlək və saz vəziyyətdə olması təmin olunmalıdır. İşçilərin bu barədə bilik və bacarıqları olmalıdır,mütəmadi olaraq onlara təlimlər keçirilməlidir. Bu barədə bilik və bacarıqlara yiyələnən işçilər yanğın hadisəsi baş verməsin deyə nələr etmək lazım olduğunu bilir və əllərində olan yanğın təchizatlarından düzgün istifadə etməyi bacarırlar. Bu proseslər yanğının ümumiyyətlə baş verməməsini və ya baş vermiş yanğının daha geniş yayılmasının, insanların xəsarət almasının və ən əsası həyatını itirməsinin qarşısını almış olur. Bu qanunvericilikdə də təsbit olunub. İş yerinin, obyektin, idarənin rəhbərliyi bu işləri təşkil etməyə borcludur".


O bildirib ki, Türkiyədə oteldə baş vermiş yanğın hadisəsi bizi də kədərləndirdi: 

"Bu bir daha turizm obyektlərində və digər iş yerlərində təhlükəsizliyə nə qədər ciddi yanaşılmalı məsələ olduğunu ortaya qoydu. Dünyada elə bir yer yoxdur ki, orda yanğın hadisəsi olmasın, ancaq, düzgün olaraq qaydalara riayət edilərsə, zərəri minimuma endirmək olar. Otellərdə yanğın təhlükəsizlik rejimi yaradılmalıdır. Restoran,otellərin mətbəxində istifadə olunan qarışıq yağların yanma qabiliyyəti yüksək olduğu üçün bunları su ilə söndürmək təhlükəlidir, çünki daha da böyük partlayışa səbəb ola bilər. Məlumatı olmayan işçi belə hallarda yanğının daha da genişlənməsinə səbəb ola bilər. Belə olduğu halda karbondioksid tərkibli və ya yanğın adyalları boğma üsulu ilə yanğının qarşısını almağa kömək edir.  Belə nəticəyə gəlirik ki, bütün bunlardan xəbərdar olmaq əmlaka zərərin qarşısını alır və faydalı nəticələrə gətirib çıxarır".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 yanvar 2025, 20:26
31 yanvar 2025, 18:38
Top