Azyaşlı övladını dənizdə boğaraq öldürən Türkiyə vətəndaşı ilə bağlı QƏRAR

KRİMİNAL 31 yanvar 2025, 10:03
Sumqayıt Apellyasiya Məhkəməsində azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Ahmet Yeşilin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Demokrat.az
Pravda.az-a istinadən xəbər verir ki,  hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.  

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ahmet Yeşil 20 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd: 2024-cü il martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilib. Araşdırmalarla 1984-cü il təvəllüdlü Yeşil Ahmet Turanın Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yeşil Ahmet Turan prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top