Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir — VİDEO

SİYASƏT 31 yanvar 2025, 10:55

Ölkə başçısının Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən hazırda ümumi gücü 37,5 meqavat olan 6 su elektrik stansiyası tikilir. 

“Azərenerji” ASC-dən Demokrat.az-a verilən məlumata görə, Kəlbəcər rayonunda 7,7 meqavat gücündə “Təkəqaya”, 3 meqavat gücündə “Ağçay”, 5 meqavat gücündə “Çaykənd”, Laçın rayonunda 4 meqavat gücündə “Şeylanlı”, 3,1 meqavat gücündə “Aşağı Malıbəy”, Ağdərə rayonunda isə 14,7 meqavat gücündə “Qozlukörpü” su elektrik stansiyaları inşa olunur. 

Bu 6 su elektrik stansiyasının hər biri üçün ayrı-ayrılıqda su qəbuledicilər tikilir və stansiyaları su ilə təchiz etmək üçün ümumilikdə 40 km məsafdədə derivasiya boruları çəkilir. 


6 su elektrik stansiyasında ümumilikdə il ərzində 110 milyon kilovatsaat “yaşıl enerji”nin istehsal edilməsi və bununla 24 milyon kub metr qaza qənaət edilib, 44 min ton atmosferə atılan karbon qazının qarşısının alınması nəzərdə tutulur. 


Bu 6 stansiyanın 2025-ci ilin birinci yarısında istismara verilməsi planlaşdırılır. Bundan əlavə, daha 5 stansiyanın - Kəlbəcər rayonundakı “Aşağı Vəng” və “Nadirxanlı”, Laçın rayonunda isə “Mirik”, “Ağbulaq” və  “Ağbulaq-1” su elektrik stansiyalarının tikintisi başa çatıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top