Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə səfiri Cahit Bağçını qəbul edərkən deyib ki, Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcək.Bu, Azərbaycanla İsrail arasındakı münasibətlərə hansı formada təsir edə bilərmi?
Məsələ ilə bağlı millət vəkili Zahid Oruc Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Suriyada 12 ildən artıq davam edən din bayraqlı müxtəlif silahlı terror birləşmələrinin və qlobal güclərin maraqlarının toqquşduğu bir məkanda proseslər Bəşər Əsəd hakimiyyətinin çöküşü ilə nəticələndi:
“Bu özlüyündə nəinki bir ölkə daxilində, Yaxın Şərqdə gələcək geosiyasiya arxitekturasının dəyişilməsində önəmli rol oynadı. Hətta bir çoxları bunu qlobal proseslərin gələcək təhlükəsizlik formatının ayrılmaz parçası hesab edirlər. Həqiqətən də Suriya böyük tikə idi, bir çox dövlətlər onun udmaq üçün çalışılırdı. Digər tərəfdən, Türkiyə qarşı oynanılan oyunlar, qlobal həyata keçirilən layihələr idi. Uzun illər kürdlərin silahlandırılaraq Türkiyə qarşı qoyulub. Buna da milyardlarla dollar xərclənirdi. Bütün bu tabloda Bəşər Əsəd rejiminin çöküşü ilə Türkiyə 10 ildən çox öz ərazisində qucaq açdığı və ən yüksək münasibətləri bəslədiyi suriyalılar öz ölkələrinə qayıtdılar. Bu özlüyündə fərqli bir reallıqlar meydana gətirir. Türkiyənin bu geosiyasi qələbəsi bir sıra dairələrdə çox ciddi narahatlıqlar doğurur. Əlbəttə, digər tərəfdən, bəlkə də İran və Türkiyə münasibətlərinin yaxın olması fonunda Əsəd hakimiyyətinin devrilməsi bir çox qüvvələrin iki ölkəni toqquşdurmaq istəyini ortaya qoyur. Bu da inkaredilməz faktdır”.
Deputat əlavə edib ki, belə bir şəraitdə Türkiyə və Azərbaycan Suriya üzərində ilk növbədə insani addımlarını həyata keçirirlər:
“Bir tərəfdən, ona görə ki, bizə qardaş ölkə regionda təkcə özü üçün deyil, bütün bölgənin təhlükəsizliyini təmin edən əsas qlobal güclərdən biridir. Bir yandan Cənubi Qafqaz və Yaxın Şərq arasında müxtəlif əlaqələr və bağlar yaradılır, qurulur. Bu əsnada biz tam məsuliyyətlə deyə bilərik ki ölkəmizin bu əsnada aldığı qərarlar Prezident İlham Əliyevin Vətən müharibəsində qələbəsinin, onun liderliyi ilə əldə etdiyimiz qələbənin bilavasitə nəticəsidir. Ölkəmiz regional güc kimi çıxış edir. Azərbaycan həqiqətən Suriyadakı proseslərə indi humanitar bir platformalar, bağlar, əlaqələr üzərindən qatqılarını edir. Bu, Türkiyə ilə ortaq həyata keçirilən xarici siyasətin nəticəsidir. Doğrudur, bir çoxları güya burada o təhlükə amillərini vurğulayarkən Azərbaycanın indi daha ağır çəkili bir proseslərdə yer aldığını iddia edirlər. Düşünürəm ki, ölkə rəhbəri bu siyasəti son dərəcə bir strateji kurs kimi müəyyənləşdirib, həyata keçirir. Ona görə də İsrail-Azərbaycan münasibətləri zamanın sınağından çıxıbdır. Çox ümidvarıq ki, bu siyasət eynən İsrail, Türkiyə, Azərbaycan münasibətlərini də qoruyub saxlayacaqdır”.
Leyla Turan
Demokrat.az