Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətinin 2027-ci il fevralın 19-dək uzadılmasını müzakirə edib. Aİ-nin Ermənistandakı müşahidə missiyasının mandatı daha iki il uzadılıb.
Məsələ ilə bağlı politoloq Amid Əliyev Demokrat.az-a açıqlama verib.
O diqqətə çatdırıb ki, Ermənistan tərəfdən Aİ mülki missiyasının müdətinin birtərəfli şəkildə artırılması Azərbaycana qarşı növbəti diplomatik təxribat kimi qiymətləndirilə bilər:
“Belə ki, sözdə Azərbaycanla münasibətlərin normallaşmasından danışan "sülhpərvər" Ermənistanın siyasi hakimiyyəti buna qarşı real addımlar atmır. Hələ bu missiya haqqında mövzu masaya gətiriləndə Azərbaycan buna qarşı etiraz etmişdi. Çünki gözəl anlayırdıq ki, bu missiyanın ardına bölgəyə heç xoşməramlı olmayan qüvvələrin axını başlayacaq. Keçən müddət ərzində biz bunun bariz şahidi olduq. Belə ki, Azərbaycan tərəfinin ciddi etirazlarına baxmayaraq missiya bölgəyə daxil oldu, sonradan sayı və müddəti artırıldı. Bu məsələlərin heç birində Azərbaycanın rəyi alınmadı. Missiyanın tərkibindəki hərbçi, jandarma və keçmiş xüsusi xidmət orqanları əməkdaşlarından komplektləşdirilməsi haqqında məlumatlar KİV-də yer aldıqdan sonra Azərbaycanın etirazlarının haqlı olduğu öz əksini tapdı”.
Politoloq əlavə edib ki, hazırda binokl siyasətini davam etdirən missiyanın xidməti tamamilə dəyişib:
“Üstəgəl son siyasi proseslərdən sonra ABŞ sərhəd missiyasının da bölgəyə gəlməsi bu missiyanın üzvlərini daha da cürətli edib. Əlavə olaraq missiya üzvlərinə silah və müxtəlif təyinatlı xüsusi vasitələrdən istifadə etmə imkanının verilməsi onu deməyə əsas verir ki, Ermənistan sərhədlərini qorunması məhz bu missiya vasitəsilə beynəlxalq zəmanət verilir. Azərbaycana qarşı təxribat olacağı təqdirdə, özlərinə lazım olan bəyanatları verib, ictimai fikri manipulyasiya edəcəklər.Hazırda Ermənistanın siyasi hakimiyyəti Rusiya sərhəd qoşunlarının Türkiyə sərhədlərindən sıxışdırılması prosesinə başlayıb. Sərhəddə söz və qüvvə sahibinə çevrilmə ehtimalı olan Aİ mülki missiyası sonda sərhədlərin müəyyən edilməsi prosesinə də yersiz müdaxilələr edə bilər.Lakin bu proseslərin genişlənməsi sülh prosesinə destruktiv təsir edə bilməyəcək. Çünki bu missiya sülh danışqlarında nə vasitəçi, nə də ki tərəf kimi iştirak edir. Ona görə də missiyanın sülhü pozma imkanları minimaldır. Bu sülh daha çox Ermənistan dövlət və cəmiyyətinə lazımdır. Aİ missiyası Azərbaycana qarşı sərhəddə istənilən erməni təxribatını müdafiə etməyə köklənən siyasət yeridir. Sülh sazişinin əsas müəllifi Azərbaycan dövlətidir”.
Leyla Turan
Demokrat.az