"Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirlinin rəsmi instaqram hesabında uzun müddətdən sonra status paylaşılıb.
Statusda bundan sonra səhifəni qardaşı Nihat Mütəllimovun və bloger Zaur İskəndərovun idarə edəcəyi qeyd olunub.
Həmçinin paylaşımda xaricdən ucuz avtomobillərin gətirilməsi üçün logistika şirkəti reklam edilib.
Xatırladaq ki, 2023-cü ilin avqustunda N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib. (Metbuat.az)