Xalq Bank avtokredit üzrə kampaniyanı davam etdirir

MALİYYƏ 31 yanvar 2025, 15:49
Xalq Bank yeni avtomobil əldə etmək istəyənlər üçün sərfəli şərtlərlə təklif etdiyi kredit kampaniyasının müddətini uzatdı.

31 martadək davam edəcək kampaniya ərzində “Autolux Azerbaijan” şirkətinin təqdim etdiyi avtomobil modellərini illik 10%-dən başlayaraq, 59 ayadək müddətə kreditlə əldə etmək mümkündür. Həmçinin Xalq Bankın digər tərəfdaş avtodilerlərinin təqdim etdiyi elektrik və hibrid mühərrikli avtomobillər illik 10%-dən, digər mühərrikli avtomobillər illik 12%-dən başlayan avtokreditlə təklif edilir.

Kampaniya barədə ətraflı məlumat və tərəfdaş avtodilerlərin siyahısı ilə tanış olmaq üçün: https://www.xalqbank.az/az/ferdi/kreditler/avtomobil/

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.
                        
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
31 yanvar 2025, 18:38
Top