"Fransada Azərbaycanla bağlı son 5 ildə aparılan siyasət isterika səviyyəsindədir. Bu birbaşa Fransa rəhbəri olan və avanturist siyasəti ilə ölkəni hörmətdən salmış Makronla əlaqədardır. Bu uğursuz prezidentin dönəmində Fransanın daxili problemləri də ciddi şəkildə artdı. Məhz bu problemlərin nəticəsində Fransada "Sarı jiletlilərin" uzun müddət davam edən etiraz aksiyasının şahidi olduq"
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
"Fransa tarixən hər zaman Ermənistanı dəstəliyib. Makrona qədər olan siyasətçilər daha ağıllı və təcrübəli idi. Onlar Ermənistanla münasibətləri pərdələməyə və bitərəf görünməyə çalışırdılar. Bunun nəticəsində də Fransa ATƏT-in Minsk qrupunun həmsədri olmuşdu. Makron gələndən sonra bütün maskalar düşdü, Azərbaycanla münasibətlər ciddi şəkildə korlandı. Bu dövrdə Fransa Azərbaycan ərazilərinə qarşı hörmətsizlik nümayiş etdirdi, terrorçu xunta rejimini dəstəkləməyə davam etdi. Zaman-zaman fransalı siyasətçilərin, namizədlərin və baş nazir statusundakı şəxslərin Qarabağdakı separatçılarla görüşlərinin də şahidi olmuşuq. Azərbaycan Fransanın Cənubi Qafqazdakı təxribatlarınl bloklayaraq qəzəbi üzərinə çəkib. Azərbaycanın Fransa ilə heç bir problemi yoxdur və hər zaman münasibətləri normallaşdırmağa hazırdır. Makron hakimiyyətdən gedəndən sonra normal düşüncəli siyasətçi hakimiyyətə gəlsə, şübhəsiz ki, münasibətlərin düzəldilməsinə çalışılacaq. Azərbaycan heç bir dövlətlə münaqişə etmək istəmir".
Əfsanə Kamal
Demokrat.az