Dövlət Neft Fondu ötən il 45 tona yaxın qızıl alıb

MALİYYƏ 28 yanvar 2025, 17:54
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırılan investisiyanın həcmini artırıb.

Demokrat.az ARDNF-ə istinadən xəbər verir ki, 2024-cü ildə Fondun investisiya portfelinin 12 milyard 354,6 milyon dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edib. Üç ay ərzində ARDNF qızıla olan investisiyalarını 1 milyard 509,7 milyon ABŞ dolları artırıb. Belə ki, ötən ilin III rübündə Fonddun investisiya portfelinin 10 milyard 844,9 milyon ABŞ dollarlıq hissəsini (17,7%) qızıl investisiyaları təşkil edib.

Qeyd edək ki, ARDNF bu ilin IV rübündə 19,6 ton qızıl alıb. Belə ki, oktyabr 2024-cü il tarixinə Fondun qızıl ehtiyatı 127 ton təşkil etdiyi halda bu il yanvarın 1-nə bu rəqəm 146,6 tona qədər yüksəlib. Ümumilikdə isə, ARDNF 2024-cü ildə 44,8 ton qızıl alıb. (Apa)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top