"Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası birmənalı şəkildə Qərb neo-imperialist qüvvələrinin cəsus və kəşfiyyat poliqonudur. Bu hamıya bəllidir ki, ora gələn missiyanın məqsədi Ermənistanı qızışdırmaqdan ibarətdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
"Tarixi Azərbaycan ərazilərində müşahidə aparan dırnaqarası missiya bir dəfə olsun Qərbi azərbaycanlılar haqqında reallıqları görmür, onların tapdanan hüquqlarına nəzər yetirmək istəmir. Mülki müşahidə missiyası orada olduğu halda bir neçə dəfə Ermənistan əsgərlərimizə qarşı təxribatlar aparıb. Bir daha aydın olur ki, bizim qarşımızda işğalçı dövlət və onu dəstəkləyən dırnaqarası qüvvələr dayanır. Qərbi Azərbaycan həqiqətləri obyektiv reallıqdır. Bunu dünya birliyi vaxtında görməlidir. Soydaşlarımız ötən əsr boyunca dövlə terroruna məruz qalıb, deportasiya edilib. Bütün bunlar elə həmin müşahidəçilərin dədə-babalarının gözləri qarşısında baş verib. Onlar ədalətsizliyə göz yumaraq bizə qarşı edilənləri heç zaman görməyiblər. Bu gün də missiyanın müddəti uzadılmaqla tarixi ədalətsizlik davam etdirilir".
Əfsanə Kamal
Demokrat.az