"Daşıyıcıların vəziyyətinin yaxşılaşdırılması üçün biznes modeli dəyişməlidir, müqavilələrə keçid olmalıdır. Bu hər kilometrə görə dövlətin daşıyıcılara subsidiya etməsini nəzərdə tutur. O zaman daşıyıcıların maliyyə dayanıqlığı yaranacaq, onlar bu sahəyə kredit cəlb edə biləcəklər. Həmçinin hazırda peşəkar sürücü çatışmazlığımız var. Onlar daha yaxşı maaş üçün Avropaya gedirlər".
Bu sözləri Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.
"Brutto müqavilələrə keçid zamanı maaşların artırılması, avtoparkın yenilənməsi daha sürətli baş verəcək. Bir növdən başqa növə pulsuz keçidlərin, biletlərin təşkilini fürsət yaranacaq. Hazırda xoşa gəlməyən qəzalarln olması insanları məyyus edir. Aidiyyatı qurumlar bu il ərzində avtoparkın artırılmasına yönəlik işlər görüblər. Hazırda 2160 avtobus Bakıda hərəkət edir. Ən çox sərnişin daşıyan nəqliyyat növü də avtobusdur. Avtobuslarla 1 milyon 200 min nəfər səfər edir. İkinci yerdə 627 minlə metro gəlir, üçüncü yerdə şəhərətrafı elektrik qatarı 37.000 sərnişin daşıma ilə dayanır. Bu rəqəmlərin önümüzdə 5 il ərzində dəyişməsi gözlənilir. Yeni metrostansiyaların tikilməsi, qatarların artırılması ilə yanaşı avtobusların sayının artırılması da nəzərdə tutulur. Yeni elektrobus inşa edəcək zavodun inşasına başlanılıb".
Əfsanə Kamal
Demokrat.az