Xəbər verdiyimiz kimi, tanınmış filosof-kulturoloq Niyazi Mehdi Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.
Demokrat.az xəbər verir ki, Dilarə Mehdi Teleqraf.com-a açıqlamasında həyat yoldaşının səhhətindəki son durum haqda məlumat verib.
O, Niyazi Mehdinin reanimasiyadan palataya köçürüldüyünü bildirib:
"Səhhətində problemlər qalır. Ayağında yara var idi, baş barmağı iki-üç gün öncə kəsildi. Həkimlər çalışırlar ki, həmin ayağı saxlasınlar. Qanqrena verməməsi üçün ayağın tam kəsilməli olduğunu deyən həkimlər də var. Niyazi Mehdi özü ayağının kəsilməsini istəmir. Deyir, 74 il yaşamışam bəsimdir, icazə verin, həyatımı başa vurum. Buna baxmayaraq, övladlarımız ən güclü həkimləri səfərbər ediblər".
Qeyd edək ki, Niyazi Mehdi 10 gündür xəstəxanaya yerləşdirilib.