Qulunc bədənin müəyyən bir hissəsində qəflətən yaranan, bəzən şiddətli ağrılarla müşayiət olunan əzələ spazmıdır.
Bu vəziyyət xüsusilə ayaqlarda, qollarda və ya beldə meydana gəlir və insanların gündəlik fəaliyyətini əhəmiyyətli dərəcədə poza bilər.
Bəs quluncun yaranma səbəbləri nələrdir və necə qarşısını almaq olar?
Quluncun yaranmasının müxtəlif səbəbləri ola bilər. Bunlar arasında ən çox rast gəlinənlər dehidrasiya, maqnezium və kalium çatışmazlığı, fiziki yorğunluq və qan dövranı problemləridir. Yeterli miqdarda su içməmək əzələlərin düzgün işləməməsinə səbəb ola bilər və qulunc yaranmasına gətirib çıxarır. Maqnezium və kaliumun orqanizmdəki səviyyəsinin azaldığı zaman əzələlərdə spazm meydana gələ bilər. Uzun müddət eyni mövqedə qalmaq və ya aşırı fiziki fəaliyyət əzələləri yorar və qulunc yaradır. Həmçinin, qan dövranının zəif olması da əzələlərdə gərginlik və ağrıya səbəb ola bilər.
Masaj və gərginliyi azaltmaq üçün ağrılı əzələyə yüngül masaj edərək spazmı aradan qaldırmağa çalışın. İsti kompres də ağrını yüngülləşdirə bilər. Kifayət qədər su içmək və elektrolitlərə (məsələn, maqnezium, kalium) diqqət etmək əzələ funksiyalarını yaxşılaşdırır. Qulunc tutan əzələnin yavaşca uzadılması və yüngül hərəkətlər edilməsi ağrını azalda bilər. Fiziki yorgunluq səbəbindən meydana gələn quluncda ən yaxşı tədbir istirahətdir, həddindən artıq hərəkətlərdən qaçın və bədəninizi dinləyin.
Gündəlik su qəbulunu artırın, xüsusilə fiziki fəaliyyət öncəsi və sonrası. Müvafiq pəhrizlə maqnezium, kalium və digər vacib mineralları orqanizminizə daxil edin. Gərgin fəaliyyətlərdən əvvəl və sonra əzələlərinizi isinməyə və soyutmağa diqqət edin. Uzun müddət eyni mövqedə qalmamağa çalışın və tez-tez ara verin.
Əgər qulunc təkrarlayıcı hala gəlibsə və ya ciddi ağrılara səbəb olursa, həkimə müraciət etmək vacibdir. Həkim yaranan ağrının əsas səbəbini müəyyən edəcək və müvafiq müalicə üsullarını təklif edəcəkdir. Ev şəraitində quluncu ayaqlamaq olmaz. Bu sümüklər arasında sıxılmaya yəni deformasiyaya səbəb olur.
Qeyd edək ki, qulunc ağrısı bəzən keçici olsa da, doğru tədbirlər görmək bu narahatlığı azaldır və qarşısını almağa kömək edir. (Milli.Az)