Fevralın 5-dən etibarən sağlamlıq imkanları məhdud olma ilə hərbi xidmətdən yayınan Ukrayna vətəndaşları axtarışa verilə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Komissarlığı məlumat yayıb.
Ukraynanın Vinnitsa vilayət hərbi komissarlığının bəyanatına görə, fiziki məhdud statusuna malik ukraynalı çağırışçılar yaxın günlərədək təkrar tibbi müayinədən keçməsələr, axtarışa veriləcəklər.
Məlumata görə, Ukraynada hərbi xidmətlə bağlı qanuna edilən düzəlişlər artıq qüvvəyə minib. Sağlamlıq imkanları məhdud olan şəxslər statuslarını təsdiqləmək üçün 9 ay ərzində ikinci tibbi müayinədən keçməli olacaqlar.
Hərbi xidmət keçməli olan şəxslər qanunun tələblərinə əməl etməzsə, o zaman həmin şəxslər axtarışa veriləcək.
Əfsanə Kamal
Demokrat.az