Serbiyada hökumət əkeyhinə etirazlar gücləndi — Baş nazir istefa verdi

DÜNYA 29 yanvar 2025, 19:20
Serbiyanın Baş naziri Miloş Vuçeviç günlərlə davam edən etirazlardan sonra istefa verib. 

Demokrat.az
xəbər verir ki, növbədənkənar seçkilərə işarə edən baş nazirin gedişi prezident administrasiyasında böyük şok yaradıb.

Müxalifət müvəqqəti hökumətin qurulmasını tələb edərkən, prezident Vuçiç belə bir variantın mümkün olmadığını vurğulayıb.

Nümayişlərin başlamasına səbəb vağzalda beton talvarın uçması nəticəsində 15 nəfərin ölməsi olub.

Şagirdlər, müəllimlər və digər işçilər küçələrə axışaraq stansiyadakı fəlakətdə Vuçiç hökumətindəki korrupsiyanı günahlandırıblar. 

Etirazlara ölkə fermerləri də traktorlarla qatılıb.

Hadisədən sonra tikinti, nəqliyyat və ticarət naziri istefa versə də, bu, etirazları dayandırmaq üçün kifayət etməyib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top