2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycana Monqolustandan 1 milyon 564 min ABŞ dolları dəyərində 391 ton qoyun əti idxal edilib. Monqolustandan ət idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.5 dəfə artıb. Belə ki əvvəlki ilin müvafiq dövründə ölkəyə 20 ton qoyun əti idxal edilmişdi. Hesabat dövründə Azərbaycana Monqolustandan gətirilən qoyun ətinin orta idxal qiyməti 6.8 manat təşkil edib.
Bununla bağlı Demokrat.az-a iqtisadçı Akif Nəsirli məlumat verib.
O deyib ki, Monqolustandan qoyun əti idxalının artmasının əsas səbəbi Azərbaycanda ət qıtlığının olmasıdır:
“Ölkədə ət qıtlığı yaşanır. Ona görə də ətin qiyməti günbəgün bahalaşır. İndi artıq qoyun ətinin qiyməti 19-20, mal əti isə 15-16 manatdır. Bir tərəfdən ət istehsalı aşağı düşür, bazarda çatışmır, digər tərəfdən də ətin maya dəyəri artır. Bu iki tendensiya olduğu üçün vətəndaşların əksəriyyəti üçün ət əlçatmaz olur.
Yerli tələbatı nəzərə alaraq, sahibkarlar xaricdən ət idxalını genişləndirir. Təkcə Monqolustandan deyil, ət idxal etdiyimiz bütün mənbələrdən ət idxalı artıb. Artıq bazarlarda da xarici ət görünməkdədir. Xarici ətlər piştaxtalara çıxmaqdadır.
Əvvəllər xaricdən idxal olunan ət yalnız çoxsaylı şəxsi heyəti olan qurumlar istehlak edirdi, amma indi artıq xarici ət satışda da var”.
Leyla Turan
Demokrat.az