Bu il Azərbaycanda referendum keçiriləcək? — AÇIQLAMA

GÜNDƏM 29 yanvar 2025, 16:06
“Dünyada yerli özünü idarəetmə qurumları kimi bələdiyyələrin kifayət qədər funksiyalar var. Amma Azərbaycanda bələdiyyəlik institutları tam şəkildə formalaşmayıb. Bələdiyyələrimiz öz fəaliyyət istiqamətlərini tam şəkildə icra edə bilmirlər”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

O bildirib ki, Azərbaycanda idarəetmə islahatları keçirilməlidir:

“Seçkili orqan və digər  təyinatlı orqanlar arasında ciddi bir idarə etmə fərqi yaranmalıdır. Amma ənənəvi olaraq, bizdə təyinatlı qurumlara dövlət idarə etmə sisteminə üstünlük verildiyinə görə bələdiyyələrə hələ ki, təcrübə sahəsi kimi qalıb. Amma bu il ilkin olaraq biz nəyə müşahidə edirik?Bu seçkilərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra yaranmış siyasi, iqtisadi və fiziki formalaşan abu-hava üzərindən həyata keçilməsi önəmlidir. 

İkincisi, çağırışlar var ki, ölkəmizin suverenliyi bərpa olunubsa, istər-istəməz müharibədən sonra prezidentlik idarəetmə institutunun müəyyən nümayəndəlikləri meydana çıxıb. Onların hüquqi əsaslandırılmasına yönəlik addımlar  atılmalıdır. 

Üçüncüsü, ənənəvi idarəetmə sisteminin əlaməti olan icra hakimiyyətləri sisteminə də yeni baxış sərgilənməsinə ehtiyac olması tez-tez gündəmə gəlir”.



Siyasi şərhçi qeyd edib ki, bu mənada indiki bələdiyyələrin effektiv fəaliyyət mexanizmini həyata keçirmək üçün onların sayıları azaldılıb və mərkəzləşdirilib:

“Düşünürəm ki, bu bələdiyyələr, kifayət qədər büdcəyə sahib olmaqla və böyük resurslar və ərazilər əhatə etməklə əvvəlkilərdən fərqlənəcək. 

Digər mühüm məsələ isə bu ola bilər ki, bələdiyyələrin səlahiyyətlərinə yenidən baxılma prosesi də onların sisteminin payına düşəcək. Bu isə onunla ələqədardır ki, artıq zaman yetişib, bələdiyyə seçkilərindən sonra ölkəmizdə gözlənilən referendum kimi mühüm dövləti adımlar reallaşarsa, o zaman bu, indi baş tutacaq bələdiyyələrin ölkənin siyasi idarəetməsində müstəqilləşməsi və mühüm əhəmiyyət kəsb etməsinə şahid olacağıq”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top