"Ermənistan məsələni ərazi iddiası kimi qələmə verməyə çalışır"

GÜNDƏM 25 yanvar 2025, 18:45
"Ermənistan məsuliyyətdən qaçma cəhdi göstərir. Ermənistan özü də bilir ki, beynəlxalq təşkilatlar qarşısınsa imzaladığı öhdəliklərə əsasən Qərbi azərbaycanlıların geri qayıtma hüququ mövcuddur və danılmazdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib:

"Onlar Qərbi azərbaycanlıların geri qayıtma hüququna qarşı zaman-zaman bir sıra siyasi iddialar irəli sürürlər. Məsələni siyasiləşdirib başqa don geyindirməyə, ərazi iddiası kimi qələmə verməyə cəhd edirlər. Qərbi azərbaycanlıların geri qayıdışı insan hüquqları məsələsidir. Ümumdünya insan haqları bəyənnaməsinin 13-cü maddəsinin 2-ci maddəsinə əsasən zorla öz yaşadığı ərazidən çıxarılan insanların geri qayıtmaq hüququ var. Nəzərə almalıyıq ki, soydaşlarımız acınacaqlı vəziyyətdə deportasiya ediliblər. Ona görə Ermənistan irqçi davranışlarından əl çəkib Qərbi Azərbaycam İcması ilə dialoqa girməlidir".

Qeyd edək ki, Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidməti 2025-cü il yanvarın 23-də dərc etdiyi illik hesabatında Qərbi Azərbaycan mövzusunu hərbi-siyasi risk kateqoriyasında verib. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 yanvar 2025, 20:19
Top