Rusiyada təyyarə uçuş-enmə zolağından çıxıb — VİDEO

DÜNYA 25 yanvar 2025, 13:44

Rusiyanın Xabarovsk diyarında “An-24” tipli təyyarə havaya qalxarkən uçuş-enmə zolağından çıxıb. 

Demokrat.az “Qafqazinfo”ya  istinadən xəbər verir ki, təyyarə zolaqdan çıxaraq ətrafda yerləşən kolluq əraziyə doğru yönəlib.

Hava gəmisinin göyərtəsində 20 sərnişin və 4 ekipaj üzvü olub. İnsident zamanı xəsarət alan olmayıb. 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top