Ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirən Zaqatala rayon Axaxdərə kənd sakini 1993-cü il təvəllüdlü Hüseyn Məmmədovun fotoşəkili yayılıb.
Xatırladaq ki, H.Məmmədovun meyiti Car kənd inzibati ərazisinə daxil olan Əlibəy zirvəsində aşkarlanıb.
Oxu.Az həmin fotonu təqdim edir:
***08:43
Zaqatala rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, rayonun Axaxdərə kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Məmmədov dağlıq ərazidə yıxılıb və ehtiyatsızlıqdan üzərində daşıdığı ov tüfəngindən açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.