Xalq artisti Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib

MƏDƏNİYYƏT 24 yanvar 2025, 14:08
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib.

Demokrat.az  APA-ya istinadən xəbər verir ki, qurultayda mədəniyyət naziri Adil Kərimli də iştirak edib.

Nazir çıxışında qurultay iştirakçılarına tövsiyələrini bildirib, ittifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bir sıra məruzələr dinlənilib.

Daha sonra sədr seçkisi olub. Səsvermə nəticəsində Xalq artisti Firəngiz Əlizadə yenidən ittifaqın sədri seçilib.

Qeyd edək ki, 75 yaşlı F.Əlizadə 2007-ci ildən Bəstəkarlar İttifaqına rəhbərlik edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 fevral 2025, 11:32
05 fevral 2025, 11:25
05 fevral 2025, 10:46
05 fevral 2025, 09:49
Top