Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb. Meymunçiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər aqressiv deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər.
Bu xəstəlikdən özümüzü necə qoruya bilərik?
Mövzu ilə bağlı Demokrat.az-a həkim-terapevt Günay Lətifova açıqlama verib.
Həkim qeyd edib ki, ilkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, üşütmə, əzələ ağrısı və ümumi halsızlıq daxildir:
“Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə yayılır. Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azalır. Əsasən bütün virus xəstəlikləri insalarda tənəffüs yolu ilə bir-birinə keçir. Meymunçiçəyində bir az fərqlilik var. Belə ki, yoluxmuş bir şəxsin geyimini, əşyalarını istifadə etdik də bu digər şəxslərə də keçir. Özümüzü bu xəstəlikdən müxtəlif yollarla qoruya bilərik. Havaların dəyişkən olmasını nəzərə alaraq, geyimə fikir vermək lazımdır. Nəqliyyat vasitələrində, insanların çox olduğu yerlərdə maskadan istifadə etmək tövsiyyə olunur. İnsanlar özünü pis hiss etdiyi halda mütləq xəstəxanaya getməlidirlər. İnsanlar özlərini müalicə etməsinlər, həkim nəzarəti mütləqdir. Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir”.
Leyla Turan
Demokrat.az