"Uşaqlar arasında son dövrlərdə İnfluenza A və İnfluenza B virusu çox görülməyə başlayıb. Bu xəstəliyə el arasında "Donuz qripi" də deyilir. Virusun əsas əlaməti yüksək və çox dirəncli qızdırmadır. Virus zamanı azyaşlıların temeperaturu 40 dərəcəyə qədər yüksələ bilir".
Bu sözləri Demokrat.az-a açıqlamasında pediatr Günay Rəsulova deyib.
O bildirib ki, virusa yoluxan zaman bədən temperaturu dərmana tabe olmur:
"Temperatur düşdükdən sonra bir neçə saat ərzində yenidən yüksəlir. Bu əlamətlərlə yanaşı uşaqlarda burun tıxanıqlığı, burun axıntısı özünü göstərir. Bunların ardınca quru və boğucu öskürək də yaranmağa başlayır. İnfluenza virusunun əsas əlamətlərindən digəri əzələ və oynaq ağrılarıdır. Hətta azyaşlılar gəzə bilməyəcək vəziyyətə qədər ağırlaşa bilirlər.
Körpə uşaqlarda əzələ və oynaq ağrıları olduqda narahatlıq, çox ağlama ilə özünü göstərir. İnfluenza virusunun diaqnostikası zamanında aparılarsa, müalicələr ağırlaşmanın önünə keçə bilər. İnfluenza zamanı uşaqlarda ikincili bakterial infeksiya çox görüldüyü üçün otit, pinevmaniya kimi riskli ağırlaşmalar ola bilər. Ona görə də vaxtında müalicə çox önəmlidir".
Həkimin sözlərinə görə, virusun ağırlaşmaması üçün gigiyena qaydalarına əməl etməli, xəstə halda kollektiv içərisinə çıxmamaq lazımdır:
"Azyaşlılar bu dövrdə sağlam və balanslı qidalanmalıdır. Qidalar protein və vitaminlərlə zəngin olmalıdır. Ən vacib məsələlərdən biri tez-tez təmiz hava qəbul etməkdir".
Əfsanə Kamal
Demokrat.az