"Abdolbari Gozalın "Qarabağ"ın və mənim üzərimdə çox böyük əməyi olub"

İDMAN 22 yanvar 2025, 14:00
Onun "Qarabağ"ın və mənim üzərimdə çox böyük əməyi olub.

Demokrat.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Ağdam təmsilçisinin fəxri prezidenti Abdolbari Gozalın vəfatı ilə bağlı danışarkən deyib.

52 yaşlı mütəxəssis klub funksionerinin vəfatının ağır itki olduğunu söyləyib:

"Həm klub, həm də Azərbaycan futbolu üçün ağır itkidir. Həyatda atdığı hər addımı düşünərək edirdi. "Qarabağ" üçün etdiklərini sevərək edib. Klubda üzgünlük var. Futbolçularımızı oyuna tam hazırlamaq istəyirik. Amma yaddaşımızdan çıxara bilməyəcəyik. Allah rəhmət eləsin".

Qeyd edək ki, "Azersun Holding” MMC-nin Müşahidə Şurasının sədri olan Abdolbari Gozal yanvarın 18-də, 75 yaşında vəfat edib. O, “Qarabağ” klubunun fəxri prezidenti idi. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top