Bu ölkədə ictimai yerlərdə niqab qadağan edildi

DÜNYA 22 yanvar 2025, 09:15
Qırğızıstan Prezidenti Sadır Japarov vətəndaşların üzünü örtən geyimlə ictimai yerlərdə görünməsini qadağan edən qanun imzalayıb.

Demokrat.az xəbər verir ki, müvafiq məlumat respublika Prezidentinin rəsmi saytında dərc edilib.

Bundan əlavə, yeni qanun qocalar evlərində, koloniyalarda və hərbi hissələrdə inanc və dini mərasimlərin keçirilməsini qadağan edir. Dövlət həmçinin ictimai yerlərdə və təhsil müəssisələrində dini ədəbiyyatın yayılmasını məhdudlaşdırır. 

Bundan başqa dini zəmində siyasi partiyaların yaradılması da qadağandır. 

Sözügedən qanun layihəsinə əsasən, qaydalara riayət etməyənlər 20 min som (təxminən 389 manat) məbləğində cərimələnəcəklər.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top