Banka külli miqdarda borcunu bağlayan şəxs sevincdən öldü

HADİSƏ 20 yanvar 2025, 09:06
Nicat Əsgərov adlı 49 yaşlı Bakı sakini qəfil vəfat edib

Demokrat.az titul.az-a istinadən xəbər verir ki, onun dünyasın dəyişməsinə keçirdiyi infarkt səbəb olub.

Yaxınlarının sayta verdiyi məlumata görə mərhum heç vaxt sağlamlığından şikayət etməyib.

Məlum olub ki, illərdir banka xeyli borcu olan Nicat Əsgərov ölümündən bir gün qabaq kreditini tamamilə bağlayıbmış.

İddia edilir ki, onun infarkt keçirməsinə səbəb külli miqdarda olan bank borcunu bağlamasından dolayı keçirdiyi sevinc, həyəcan hissi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 yanvar 2025, 21:39
Top