Xarkov şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib

GÜNDƏM 19 yanvar 2025, 23:45
Yanvarın 19-da Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğunun təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə yerli ictimaiyyətin nümayəndələri, diplomatik korpus üzvləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Fəxri Konsul Əfqan Salmanov tədbiri açaraq, 1990-cı ilin 20 yanvarında baş verən faciəli hadisələrdən danışıb. O, bu günün Azərbaycanın müstəqillik tarixindəki mühüm rolunu vurğulayaraq, şəhidlərin xatirəsinin daim əziz tutulduğunu bildirib. Çıxışda, qanlı yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizədə dönüş nöqtəsi olduğu qeyd edilib.

Tədbir çərçivəsində 20 Yanvar faciəsinə həsr edilmiş foto sərgi təşkil olunub. Sərgidə ziyarətçilərə faciənin tarixi, həmin dövrdə baş verən hadisələr və şəhidlərin göstərdiyi qəhrəmanlıq haqqında ətraflı məlumat verilib.

Tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra iştirakçılara qanlı yanvar hadisələri ilə bağlı sənədli film nümayiş etdirilib.

Azərbaycanın Xarkov şəhərindəki Fəxri Konsulluğu xalqımızın tarixi yaddaşının qorunub saxlanması və gənc nəsillərə ötürülməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top