Yanvarın 15-də HƏMAS (İslam Müqavimət Hərəkatı) ilə İsrail arasında ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə atəşkəsə dair razılıq əldə edilib. Bu atəşkəs bölgədə sülhə səbəb olacaqmı?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Demokrat.az-a bildirib ki, Həmasla İsrail arasında əldə edilən razılaşma indiki dönəmdə həmin coğrafiyadakı gərginlikləri bir xeyli azaltmış olacaq:
“Amma bütövlükdə tək bir sülh müqaviləsi ilə də o regionda uzunömürlü bir razılaşmanın əldə edildiyini də söyləmək olmaz. İsrail və Həmas arasındakı qarşıdurmalar Həmas yaranandan tarixin müxtəlif dövrlərində bu coğrafiyada olub. Eyni zamanda müxtəlif lokal və dövrə xas olan anlaşmalar əldə edilsə də sonradan yenidən belə proseslər baş verib. Amma hesab edirəm ki, indiki dövrdə daha çox insan təlafatının qarşısını almaq baxımından bu əldə edilən razılaşmanın müstəsna əhəmiyyəti mövcuddur”.
Politoloq onu da qeyd edib ki, bölgədə qalıcı sülhün əldə edilmə imkanları hələ də aşağı olaraq qalmaqda davam edir:
“Çünki həm Həmasın, həm də İsrailin bir-birinə qarşı ideoloji nifrətləri mövcuddur və bunda bir sıra obyektiv və subyektiv səbəblər var. Hələ də Fələstin dövlətinin gələcəyi ilə bağlı bu sülh müqaviləsində heç bir məqam qeyd alınmır. Ona görə də 5 gün, 5 ay, 5 il sonra bölgədə yeni qarşıdurmaların olmayacağını tək bir müqavilə ilə sığortalamaq və söyləmək əlbəttə ki, bir xeyli imkansız görünür. Bu baxımdan da bu atəşkəsin bölgədə qalıcı və əbədi sülhə nail olacağını söyləmək üçün əlimizdə əsaslər mövcud deyil”.
Leyla Turan
Demokrat.az