Pensiya yaşı yox, pensiyalar artırılmalıdır — Ekspert

GÜNDƏM 17 yanvar 2025, 12:01
Azərbaycanda qadınların penisya yaşının artırılması müzakirələri davam edir. Gözlənilir ki, bu il Azərbaycanda qadınların pensiya yaşı 64 olmalıdır.

Bununla bağlı iqtisadçı ekspert Natiq Cəfərli  Demokrat.az-a açıqlama verib.

O bildirib ki, Azərbaycanda təqaüd yaşının artırılması əvvəlcədən qəbul olunmuş qərara uyğun aparılır:



“Kişilərdə 65, qadınlarda isə 63 yaş olmaqla hər il 6 ay olmaqla artırılıb. Yəni, yaş həddinin bundan artıq artırılması hələ ki, müzakirə obyekti deyil. Bunun üçün də qanunvericilikdə dəyişiklik lazım olacaq. Düşünmürəm ki, qısa müddət ərzində belə bir dəyişikliklər baş versin və yaxud da buna ehtiyac yaransın. Ümumiyyətlə, buna ehtiyac yoxdur. Azərbaycanda ümumiyyətlə, pensiya yaşı yox, pensiyanın  dəyəri müzakirə obyekti olmalıdır. Yəni, təqaüd ödənişlərinin artırılmasının yolları tapılmalıdır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top