Bakı Limanı 2024-cü ildə: 7,6 milyon ton yük aşırılıb — FOTO

HADİSƏ 16 yanvar 2025, 11:07
Orta Dəhliz marşrutunun mühüm hissəsi olan Bakı Limanında ötən il ərzində aşırılan yükün ümumi həcmi 7,6 milyon ton olub ki, bu da 2023-ci ilin müvafiq göstəricisindən 3% çoxdur. 

Demokrat.az
xəbər verir ki, konteyner daşınmasında 73%, ümumi yükaşırma həcmində 3%, təkərli texnikanın daşınmasında isə 7% artım olub. 

Hesabat dövründə ayrı-ayrı sahələr üzrə ən böyük artımlardan biri Bakı Limanında aşırılan konteynerlərin sayında qeydə alınıb. Təkcə ötən il ərzində Bakı Limanında 76 775 TEU ekvivalentində konteyner aşırılıb ki, bu da 2023-cü illə müqayisədə 73%-lik artımın göstəricisidir. Ötən il ərzində konteyner daşıyan gəmilərin limanda xalis yükləmə boşalma əməliyyatına sərf etdiyi illik ortalama zaman 7.5 saata kimi, bu növ gəmilərin limanın körpülərində qalma müddəti isə illik ortalama, 16.7 saata kimi endirilib.

2024-cü il ərzində Bakı Limanında qəbul edilən və yol salınan təkərli texnikaların sayı isə 58 169 ədəd olub ki, bu da bir əvvəlki illə müqayisədə 7%-lik artım deməkdir. Eyni zamanda ötən il ərzində limanda aşırılan quru yükün həcmi 1 milyon 44 min ton, vaqon sayı isə 37 515 ədəd olub ki, bu göstəricilər də 2023-cü illə müqayisədə artımdan xəbər verir. 

Ötən il ümumi yükaşırmanın 5,3 milyon tondan çox hissəsi, yəni 70% -i tranzit yüklərin payına düşür. Bu göstərici də üçüncü ölkələrin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə, xüsusən Orta Dəhlizə olan marağının nəticəsidir. 

Ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə və regionun ən müasir logistika mərkəzi və limanı olan Bakı Limanına günü-gündən artan marağı, eyni zamanda sürətlə inkişaf edən infrastruktur və logistik əməliyyat imkanlarını nəzərə alaraq demək olar ki, cari ildə də müsbət statistik tendensiya davam etdiriləcək.





 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 yanvar 2025, 20:04
Top