Qida məhsullarının qiymətləri ilə bağlı qərarda dəyişiklik edildi

SOSİAL 15 yanvar 2025, 18:48
“Qida məhsullarının qiymətləri haqqında” qərarda dəyişiklik edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Dəyişikliyə əsasən, “Qida məhsullarının qiymətləri haqqında” aylıq rəsmi statistika müşahidə forması yeni redaksiyada verilib.
 
Qərar qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməlidir.

Aparatın Qiymət statistikası şöbəsinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qərarın icrasına nəzarət Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinə həvalə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 20:16
15 yanvar 2025, 19:37
Top