Azərbaycanda ötən ilin on ayı ərzində 42 min 73 nikah və 17 min 907 boşanma halları qeydə alınıb. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb. Boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. Əsasən də gənc evlənənlər ilk aylarda artıq münaqişələr başlayır. Ötən il ən çox boşanma sayı 5 ilə qədər evli qalanlar arasında baş verib. Yola getməyən ailələr çıxış yolunu boşanmada görürlər. Problemlərin necə həll edilməsi tez-tez müzakirə edilir.
Ötən ay da Azərbaycan Din Xadimlərinin Forumu keçirilib. Forumda müzakirə edilib ki, ailə mübahisələrinin həllində din xadimlərinin rolundan istifadə etmək olar.
Maraqlıdır, din xadimi ailənin problemini həll etməyə kömək edə bilər?
Məsələ ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, 20 ildən çoxdur ki, boşanmaların artması, evliliklərinin azalması prosesi sürətlənib:
“Bunun nəticələrinin belə olacağını hələ 15-20 il bundan qabaq fasiləsiz olaraq deyirdik. Televiziya və mətbuatda həyəcan təbili çalırdıq ki, bu, acınacaqlı nəticələrə gətirəcək. Hazırda o günləri yaşayırıq. Artıq boşanmalar üzrə dünya liderlərindən biriyik. Evlənmələr minimuma düşüb, getdikcə də azalır. Səbəblərə gəldikdə isə iki əsas səbəb var. Mənəvi, əxlaqi deqradasiya və sosial-iqtisadi problemlər. Kapitalizm sistemində keçəndən sonra hər iki sahədə ciddi tənəzzül gedir. Mənəvi dəyərlərimiz məhv edildi. Müasirlik təbliğatı, yeni dəyərlər, azadlıq adı altında bütün mənəvi ikamlarımız, dəyərlərimiz, milli mədəniyyətimiz nə vardırsa, məhv edildi. İnteqrasiya, qadın azadlığı, gender bərabərliyi kimi uydurma sözlərlə bu xalqa mənəvi terror etdilər. Artıq mənəvi dəyərlər məhv edilir. İnsanlar yalnız ailə qurulmasına maddi baza üzərindən yanaşırlar”.
Sosioloq diqqətə çatdırıb ki, məsələnin ikinci tərəfi sosial-iqtisadi problemlərdir:
“Ölkədə işsizliyin, yoxsulluğun artması, yaşayış şəraitinin çətinləşməsi, evsizliyin olması və müxtəlif bu kimi problemlər gəncləri evlənməkdən çəkindirir. Bu prosesin boşanmalarda da müəyyən rolu var. İnsanlar artıq normal yaşayışlarını təmin edə bilmirlər. Kasıb ailələrdə daha çox söz-söhbət, problemlər yaranır. Axır vaxtlar hər kəs ancaq özü üçün yaşamaq istəyir, heç kim fədəkarlıq etmək istəmir. Bu sistemdə heç bir dəyər yoxdur. Yeganə dəyər yalnız və yalnız puldur. Pul uğrunda aparılan mübarizə də bütün mənəvi dəyərlər, o cümlədən, ailə arxa plana atılır. İnsanlar yalnız həzz, əyləncə və şəxsi maraqları üçün yaşayırlar. Heç bir dövrdə, heç bir cəmiyyətdə bütün ailələr, bütün insanlar imkanlı, varlı ola bilməz. Amma seriala baxanlar elə bilirlər ki, hamı serialardakı kimi yüksək səviyyədə yaşamalıdır. Bu işin çox saylı psixoloji, sosial, iqtisadi və hüquqi səbəbləri var. Hüquqşünaslar və vəkillər çalışırlar ki, boşanma halları artsın. Bu dəhşətləri, bu faciələri, bu terroru Azərbaycan xalqının başına gətirən yerin adı televiziyalardır. Bu qlobal bir prosesdir. Məhv olmağa doğru gedirik. Yalnız köhnə ailələrin hesabına hələ ki, müəyyən bir balans var. Bu gün qurulan hər 100 ailədən minimum 90-ı sabah dağılacaq. Bu məsələdə dini xadimlərinin rolu keçərli olmayacaq. Boşanmaq istəyən şəxslər nə dini, nə din xadimini vecinə alır. Ana-atanın sözünü eşitməyən biri başqa şəxsin sözünü eşitməz. Din xadimlərinin bu məsələyə zərrə qədər təsiri ola bilməz. Elə bir cəmiyyətə dönmüşük ki, dinləri lağa qoyuruq. Ona görə də bu arxadan atılan daşa bənzəyir”.
İlahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, boşanma ilə bağlı son illərin statistikası olduqca acınacaqlıdır:
“Ölkəmizdə boşanmaların sayı durmadan artır. Hər işin bir fundamenti, təməli, əsası olur. Dinimiz əslində ailənin təməllərini çox önəmli dəyərlər üzərində inşa edib. Ailə sevgi üzərində qurulur, sədaqətlə davam edir. İslam dinində öncə “hə” alma mədəniyyətimiz var. Bu xalqımızın da içərisində var. Yəni nikah deyilən bir mədəniyyətimiz var, amma nikahdan öncə bir nişanlıq dövrü var. Nişanlıq dövrü nikah dövrü deyil. Yəni bir fərd əgər ailə qurmaq istəyirsə, seçdiyi namizədini nişanlayır. Ona görə bu dövr 2, 3, 5, və 6 ay çəkə bilər. Peyğəmbərimizin (s.a.s) də həyatında nişanlıq dövrü olub. Nişanlıq dövrü bir peyğəmbər əxlaqıdır. Bu dövr əsnasında ailələr bir-birini daha yaxından tanıyır, fərdlər bir-birinin xarakterlərinə, xüsusiyyətlərinə, planlarına, gələcəyə baxışlarla ilə tanış olurlar. Belə bir ailənin qurulması uyğun görülərsə, bundan sonra nikah mərasiminə daxil olunur. Nikah dinimiz baxımından çox əhəmiyyətli bir ibadət sayılır. Qurani Kərimin Rum surəsi var. Rum surəsinin 21-ci ayəsində, uca yaradan ailəni öz ayələrindən biri olaraq göstərir. Fərdlər arasındakı sevgidən, məhəbbətdən danışır. Bundan əlavə iki bədəndə bir ruh olmanı ortaya qoyur. Bu baxımdan, təbii ki, bu qədər dərin və mənalı bir ruhani yol gedən ailə qalasına şeytan çox da müdaxilə edə bilmir”.
İlahiyyatçı nəzərə çatdırıb ki, din xadimlərimiz dinimizdəki olan o xəzinəni xalqımızla paylaşmalıdırlar:
“Din xadimləri bu məsələdə örnək olmalıdır, nümunə olmalıdır ki, onların sözünün verdiyi mesajlarının qarşıdakı insanlara da bir təsiri olsun. Hər halda bu xalq öz dəyərlərinə, öz keçmişinə, kökünə sadiq bir millətdir. Ailə dağılması çox böyük bir təxribatdır. Lakin həmin ailə artıq cəhənnəmi yaşayırsa, bağçası solub gedirsə, onların yeganə çıxış yolu boşanmaqdır. Bu da haram deyil. Əgər fərdlər bir arada, bir yerdə yaşaya bilmirlərsə təbii ki, artıq son qərarlarını verə bilərlər. Amma burada sadəcə bir ailə dağılmır, uşaqların tərbiyəsindən, mənliyindən, mənəviyyətindən tutmuş iki nəsilin arasında böyük bir boşluq yaranır. Peyğəmbərimiz (s.a.s) deyir ki, bir ailənin çöküşü ərşin çöküşüdür”.
Leyla
Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə gender, ailə və demoqrafiya istiqamətində hazırlanıb.