İranda əyalət mollasının Azərbaycan və Türkiyə liderlərinə qarşı nifrət münasibətini ötən dəfə müzakirə olunub. Prezident İlham Əliyev də dünən jurnalistlərə verdiyi müsahibədə bildirib ki, bu, birinci dəfə deyil.
“Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir”.
İranın öz dövlətində belə “məmurlar” yetişdirməsindəki əsas məqsəd nədir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bildirib ki, təəssüflər olsun ki, hələ də İranda bəzi dairələr Azərbaycanın gücünü və region üçün oynadığı əhəmiyyəti dərk etmirlər:
“Hələ də köhnəlmiş ideologiyadan çıxış edərək insanları çaşdırırlar. Xüsusilə də azərbaycanlıların çoxluq təşkil etdiyi ərazilərdə Azərbaycan və Türkiyə əleyhinə çıxışlar edərək bir növ yerli əhalini manqurtlaşdırmaq və yerli əhalidə Azərbaycana qarşı mövqe formalaşdırmaq istəyirlər. Amma bu cəhdlər həmişə uğursuz olubdur. 40 milyon İranda Azərbaycan türkü yaşayır. Onlar Azərbaycan Prezidentini və eyni zamanda Türkiyəni, Türkiyə Prezidentini sevirlər”.
Millət vəkili onu da qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətlərində də nə zaman xoş notlar sezilirsə, bu qüvvələr hərəkətə gəlirlər:
“Başlarından böyük fikirlər səsləndirirlər. Çox təəssüflər olsun ki, İranın bəzi hakimiyyət dairələri də bu cür şəxsləri cəzalandırmaqdan yan keçirlər və görməzdən gəlirlər. Azərbaycan-İran münasibətlərinin kövrək iplərdən asılı olduğunu bəzən undurlar. Bəzən də,bu cür çıxışların sifarişçilik qismində də iştirak edirlər. Mən düşünürəm ki, bu cür yanlışa yol verən mollaların İranda vəzifə tutması yaxşı hal deyil. Çünki mollanın vəzifəsi dinlə məşğul olmaqdır, siyasətlə yox.
Ancaq bu cür qeyri-peşəkar və təhqirlərdən ibarət yanlışlardan ibarət çıxışlar edən bir din xadiminin bu vəzifədə qalması düzgün deyil və İran rəsimləri də mütləq ciddi tədbir görməlidir. Ən azı, bu cür şəxslər vəzifələrindən kənardaşdırılmalıdır və obyektiv, öz vəzifəsini layiqincə yerinə yetirən İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasına xidmət edəcək şəxslər bu cür mühüm postlara gətirilməlidir. İnanıram ki, gec-tez bu reallıqları İran tərəfi də dərk edəcəklər”.
N.Həmzəyev onu da vurğulayıb ki, Azərbaycan həmişə İran-Azərbaycan dostluğuna hörmətlə yanaşıb:
“Azərbaycan həmişə İranın ərazi bütövlüyünə , İran süverenliyinə hörmətlə yanaşıb. Kənar qüvvələrin Azərbaycandan istifadə edərək İrana qarşı hansısa təzyiqlər və təsirlər etməsinə imkan verməyib. İranın ən çətin dövrlərində, İrana sanksiyaların tətbiq edildiyi bir dönəmdə belə Azərbaycan öz hava məkanının İrana qarşı istifadə edilməsi üçün icazə verməyib. Ancaq İran daxilində bəzi qüvvələr var ki, onlar Azərbaycanı sevmirlər, daha çox Ermənistana dəstək olurlar, Ermənistanın çiçəklənməsinə xidmət edirlər. Ancaq İran tərəfi dərk etməlidir və anlamalıdır ki, regionun aparıcı dövləti Azərbaycandır. Azərbaycanla mütləq xoş münasibətlər qurulmalıdır. Azərbaycanla münasibətləri yaxşı mənada inkişaf etdirmək lazımdır. Mən inanıram ki, İranın yeni rəhbərliyi bu yanlışları düzəldəcək.Bu yanlışlar düzələcəyi təqdirdə də münasibətlərimiz daha da yaxşıya doğru inkişaf edəcək. Biz regionumuzda uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasında çox mühüm adımlar atmış olacağıq”.
Leyla
Demokrat.az