Rusiya Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı tamamilə obyektiv və qərəzsiz araşdırmada maraqlıdır və istintaq orqanları müvafiq işlər aparır.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“İstintaq orqanlarına lazımi göstərişlər verilib. Biz bu fəlakətin səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv, qərəzsiz araşdırmada maraqlıyıq”, - Kreml nümayəndəsi jurnalistlərə bildirib.
Peskov xatırladıb ki, təbii fəlakətdən sonra Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə telefonla danışıb. Rusiya lideri həmçinin, üzr istəyib və təəssüf ifadələrini bildirib.
“Bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi köməklik və əməkdaşlıq göstərilir”, - Kreml nümayəndəsi əlavə edib.