ABŞ Ukraynaya 500 milyon dollar dəyərində yeni hərbi yardım ayırıb

DÜNYA 10 yanvar 2025, 00:16

Co Bayden administrasiyası Ukraynaya 500 milyon dollar dəyərində yeni təhlükəsizlik yardımı edəcəyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, prezident Co Bayden, səlahiyyətlərini Donald Trampa təhvil verməzdən əvvəl Ukraynaya daha bir yarım paketi ayırıb.

Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü tərəfindən verilən yazılı açıqlamada veriləcək yardımda hava hücumundan müdafiə raketləri, “hava-yer” sursatları və Ukraynanın F-16-lardan istifadəsini dəstəkləmək üçün avadanlıqlar olduğu bildirilir.

Təxminən 500 milyon dollar dəyərində yardıma həmçinin AIM-7, RIM-7 və AIM-9M hava hücumundan müdafiə raketləri, hava-yer döyüş sursatları, F-16-lar üçün dəstək ləvazimatları, zirehli körpü sistemləri ilə rabitə və nəqliyyat vasitələrinin daxil olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 yanvar 2025, 21:48
Top