Bayden Tramp gəlməzdən öncə Rusiyaya qarşı sanksiyaları gücləndirir

DÜNYA 09 yanvar 2025, 19:40
Bayden administrasiyası Trampın andiçmə mərasimi ərəfəsində Ukraynaya hərbi yardımı və Rusiyaya qarşı sanksiyaları gücləndirir.

Yanvarın 20-də Donald Tramp Ağ Evə qayıdır. Bu da Ukrayna tərəfdarı olan Bayden hökumətinin bir-birinin ardınca sonuncu böyük yardımı göndərməsinə səbəb olur.

Demokrat.az xəbər verir ki, 500 milyon dollarlıq yeni yardım paketi hazırlanır. ABŞ rəsmisi bu sanksiyaların Ukraynaya dəstək məqsədilə hazırlandığını bildirib.

Bayden administrasiyası F-16 döyüş təyyarələri üçün dəstək ləvazimatları, həmçinin hava hücumundan müdafiə raketləri olan 500 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır.

Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top