Suriya Müdafiə Nazirliyinin yeni əsgər qəbulu elanında “İslam hüququ kursu” tələbi yer alıb.
Demokrat.az xəbər verir ki, bu tələb azlıq qruplarının və Qərb dairələrinin reaksiyasına səbəb olub.
Elanda bildirilib ki, orduya 18-25 yaş arası əqli və fiziki cəhətdən güclü şəxslər axtarılır. Həmçinin “21 günlük Şəriət və Hərbi kursu bitirmək” şərti qoyulur.
Suriyada müxtəlif dinlərə mənsub şəxslərin orduda ölkəyə deyil, dinə xidmət etmələri çoxlarını düşünməyə vadar edib. Ekspertlər bildirib ki, o zaman azlıqların hərbi xidmətə getməyinə qadağa qoyulmalıdır.
Suriyada son həftələrdə təhsil sistemində də dəyişiklik edilib.
Əfsanə Kamal
Demokrat.az