Ermənistan hökuməti avrointeqrasiya ilə bağlı layihəni təsdiqlədi

DÜNYA 09 yanvar 2025, 14:24
Ermənistan hökuməti Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib.

Demokrat.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, qərar layihəsi parlamentin müzakirəsinə çıxarılacaq.

“Bu, sözün hərfi mənasında Ermənistanın Avropa İttifaqına üzvlüyü demək deyil, çünki bu məsələ ilə bağlı qərar yalnız referendumla qəbul edilə bilər. Amma onu da qeyd etməliyik ki, referendumdan əvvəl müəyyən tədbirlər görməli, Avropa İttifaqı ilə yol xəritəsini müzakirə etməliyik”, - Baş nazir Nikol Paşinyan bildirib.

Bir neçə qərbyönlü partiya və təşkilatın təqdim etdiyi qanun layihəsinin Nazirlər Kabinetinin təsdiqindən sonra bu ayın sonunda parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.

Layihəni Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təqdim edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 yanvar 2025, 21:48
Top