Beynəlxalq Kimya Olimpiadası üzrə qızıl medalçı Ramil Babazadə Böyük Britaniyanın nüfuzlu Qlazqo Universitetində rəqəmsal kimya ixtisası üzrə doktorantura təhsili alacaq.
Demokrat.az AzEdu.az-a istinadən xəbər verir ki, illik 100 min manat dəyərində 4 il müddətində tam təqaüd qazanan gəncin təhsil haqqı xərcləri də buraya daxildir.
Ramil Babazadənin tədqiqatı laboratoriyaların avtomatlaşdırılması çərçivəsində süni intellektin kimyaya tətbiqi istiqamətindədir. Məqsəd qabaqcıl avadanlıqlarla təchiz olunan və süni intellekt alqoritmləri tərəfindən idarə olunan eksperimental platform quraraq verilmiş hədəfə nail olmaq üçün lazımi prosesləri insan müdaxiləsi olmadan icra etməkdir. Avtomat laboratoriyaların əsas təsiri tədqiqatın sürətləndirilməsidir ki, bu da yeni birləşmələrin və materialların hazırlanma yollarını ənənəvi metodlarla müqayisədə 10-1000 dəfə daha sürətli tapmağa imkan verir. Bu sürətlənmə həm akademiyada, həm də sənayedə tədqiqat üçün tələb olunan vaxtın, xərclərin, resursların və tullantıların əhəmiyyətli dərəcədə azalması deməkdir.
Ramil Babazadənin professoru Lee Cronin dünyanın ən böyük çoxsahəli kimya tədqiqat qruplarından birinə rəhbərlik edir. O, tədqiqatları üçün 35 milyon dollardan çox qrant cəlb edib, 350-dən çox elmi məqalə dərc etdirib. Onun son işləri "Nature", "Science" və "PNAS" kimi nüfuzlu jurnallarda yer alıb. 2013-cü ildən "Kimya üzrə Regius Professoru" titulunu daşıyır. "Regius Professor" termini Böyük Britaniyada Kral tərəfindən təsis edilən xüsusi akademik titul deməkdir. Bu, çox prestijli bir tituldur, yalnız çox tanınmış və yüksək nailiyyətləri olan elm adamlarına verilir. Professor Cronin həmçinin "Chemify" şirkətinin təsisçisi və icraçı direktorudur. Professor Cronin və komandası süni həyat formaları yaratmağa, kimyanı rəqəmsallaşdırmağa, kimyəvi kompüterlər qurmağa çalışır.
Qeyd edək ki, Ramil Babazadə Koreya Qabaqcıl Elm və Texnologiyalar İnstitunda bakalavr təhsili (2018-2022), kimya və kompüter elmləri üzrə, yüksək qiymətlərlə və "cum laude" fərqlənməsi ilə bitirib. Süni intellekt kimyası üzrə tədqiqat aparıb, nüfuzlu "Nature" jurnalında iki məqalə dərc etdirib.
Xatırladaq ki, Ramil Babazadə Taylandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal, yerli və beynəlxalq olimpiadalarda medallar qazanıb.